Ordumuzun kapitanı Türkiyədə təlimlər zamanı öldü - FOTO
09 noyabr 2021 14:53 (UTC +04:00)

Ordumuzun kapitanı Türkiyədə təlimlər zamanı öldü - FOTO

0

Türkiyə Respublikasında komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə  başsağlığı verir və səbr diləyir. 

Allah rəhmət eləsin.

Təlimlərdə ölən kapitan Rafiq Quliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5210

Oxşar yazılar