polis cərimə
09 dekabr 2020 17:31 (UTC +04:00)

polis cərimə

Maska taxmayan sürücü və sərnişinlər cərimələndi - VİDEO

0

Abşeron rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərində reyd keçirib.

 DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəhərin hər bir küçə və prospektində polislər Abşeron rayon sakinləri ilə izahedici profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.

Reydlər zamanı şəhər ərazisində yerləşən iri supermarketlərdə, obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər.

Bankomatların qarşısında yaranan sıxlıqda virusun yayılma ehtimalı artdığından polislər tərəfindən həmin məkanlar da nəzarətdə saxlanılıb. Həmin yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilir.

Reyd zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.

 

Abşeronda maska reydi keçirildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1126

Oxşar yazılar