Masallıda AĞIR QƏZA:  18 yaşlı gənc öldü
19 aprel 2026 10:58 (UTC +04:00)

Masallıda AĞIR QƏZA: 18 yaşlı gənc öldü

0

Masallıda ağır qəzada 1 nəfər ölüb.

Hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.

Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar