Keçmiş icra başçısının Azərbaycandan çıxışına qadağa qoyulur
25 oktyabr 2023 19:06 (UTC +04:00)

Keçmiş icra başçısının Azərbaycandan çıxışına qadağa qoyulur

0

Salyan rayonunun sabiq icra başçısı Salman Salmanovun ölkədən çıxışına qadağa qoyula bilər.

Lent.az-ın məlumatına görə, buna səbəb ona məxsus olan “Furqan Balıq” MMC-nin dövlətə olan borcudur. Belə ki, borcun ödənilməsi üçün Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İddiaya əsasən, S. Salmanovun dövlətə olan borcunu ödəmədiyi təqdirdə Azərbaycandan çıxışına qadağa qoyulması xahiş olunub.

Qeyd edək ki, 75 yaşlı Salmanov Salman İsabala oğlu 1995-1998-ci illərdə Salyan rayonunun icra başçısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 12214

Oxşar yazılar