Göyçayda 4 gün əvvəl  qəzada yaralanan kişi öldü
20 oktyabr 2023 12:31 (UTC +04:00)

Göyçayda 4 gün əvvəl qəzada yaralanan kişi öldü

0

Göyçayda 4 gün əvvəl baş verən qəzada yaralanan sərnişin ölüb.

Lent.az xəbər verir ki, hadisə oktyabrın 16-sı saat 08 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində baş verib. 70 yaşlı Ucar rayon sakini Mürsəl Abdullayevin idarə etdiyi “VAZ-21015” və İlfan Dovudovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan “VAZ”-ın sürücüsü, eləcə də digər iki sərnişini – 1992-ci il təvəllüdlü Zamiq Həmidov və 2004-cü il təvəllüdlü Elvin Əhmədov xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb.

Ötən gün isə yaralananlardan daha biri 31 yaşlı Zamiq Həmidov da xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2917

Oxşar yazılar