Azərbaycan vətəndaşı Rusiyada yaşamaq icazəsi almaq üçün Yamal sakini olan qadınla uydurma nikaha girib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Yamal-Nenets Muxtar Dairəsi prokurorluğu tərəfindən qanunsuz nikah zorla pozulub.
Novı-Urenqoyda prokurorluq araşdırma aparıb və saxta nikah vasitəsilə Rusiyada qanuni yaşayış yeri əldə etmək qərarına gələn əcnəbini müəyyən edib. Məlumata görə, onun Azərbaycanda arvadı var, ona görə də onun rusiyalı qadınla toyu qanunsuz olub.
Prokuror məhkəməyə müraciət edərək ər-arvadın boşanmasını istəyib.
Məhkəmə iddiaçının tərəfini tutub və kişinin Novı-Urenqoy sakini ilə nikahı ləğv edilib.