Ucarda market qarət olundu
27 noyabr 2020 12:21 (UTC +04:00)

Ucarda market qarət olundu

0

Ucarda marketdən oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, noyabrın 24-dən 26-dək olan müddətdə rayonun Bərguşad kəndi ərazisindəki marketlərin birindən 385 manat, 10.000 rubl  pul və 100 manat dəyərində məişət əşyaları oğurlanıb.

Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakinləri K.Mənsimov və  H.Həşimov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1083

Oxşar yazılar