Kartdan 4500 manat pul oğurlandı
13 may 2020 09:18 (UTC +04:00)

Kartdan 4500 manat pul oğurlandı

0

Baklıda bank kartından pul oğurlanıb.

Lent.az-ın məlumatına görə, mayın 11-də, Yasamal rayonu Landau küçəsindəki bankomatların birində şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4500 manat pul çıxarılaraq oğurlanıb.

Daxil olan müraciət əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5615

Oxşar yazılar