Karantini pozub balıq tutmağa getdilər - FOTO
23 aprel 2020 12:01 (UTC +04:00)

Karantini pozub balıq tutmağa getdilər - FOTO

0

İsmayıllıda karantini pozanlar cərimələnib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Balik kəndində yerləşən göldən balıq ovlamaq istəyən şəxsləri müəyyən ediblər. Həmin şəxslər Polis Şöbəsinə gətirilib. Onların İsmayıllı rayon sakinləri- Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəli olduqları müəyyənləşdirilib.

Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək inzibati qaydada cəzalandırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1225

Oxşar yazılar