Karantində qumar oynadılar
29 aprel 2020 10:41 (UTC +04:00)

Karantində qumar oynadılar

0

Qusarda karantin rejimini pozanlar saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərin hər biri barəsində Qusar rayon Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1907

Oxşar yazılar