DİN əhalidən TƏLƏB ETDİ: "Karantin rejimində bu qaydalara əməl edin!"
08 may 2020 11:42 (UTC +04:00)

DİN əhalidən TƏLƏB ETDİ: "Karantin rejimində bu qaydalara əməl edin!"

0

Daxili İşlər Nazirliyi karantin rejimi ilə əlaqədar əhaliyə müraciət edib.

Lent.az-ın məlumatına görə, DİN-nin yaydığı müraciətdə bildirilir ki, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir.

Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6419

Oxşar yazılar