Bakının Xətai rayonunda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 5-də rayon ərazisindəki mağazaların birindən 235 manat pul, 2000 manat dəyərində planşet, müşahidə kamerası və tütün məmulatı oğurlanıb.
Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini M.Musayev saxlanılıb.