Bakıda kafedə yanğın olub.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli mansarda tipli kafenin mansardasının yanar konstruksiyaları 80 m² sahədə yanıb. Kafenin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.