Bakıda velosiped oğurlanıb.
Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, M. Şəfi küçəsində baş verib.
Şəhər sakini E. İsababayevə məxsus mənzilin blokunda divara asılmış 900 manat dəyərində velosiped oğurlanıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı F. Fətullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.