Azərbaycanda tələbəni öldürən tutuldu
15 may 2020 10:21 (UTC +04:00)

Azərbaycanda tələbəni öldürən tutuldu

0

Mayın 14-də saat 19 radələrində Zaqatala rayonu, Mosul kənd sakini, 18 yaşlı  İlyas İlyasovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları  məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 17 yaşlı rayon sakini Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ə.Əliməmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti  etiraf etmiş və səmimi peşman olmasını bildirib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2562

Oxşar yazılar