Masallıda qanunsuz ovla məşğul olan daha 3 nəfər aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Təzəkənd kəndində müvafiq icazə olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri X.Əliyev, R.Şükürov və V.Ağayev saxlanılıblar. Onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, R.Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlanıb.
Hər üçü barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.