Ötən ay itən gəmi tapıldı
18 avqust 2009 12:00 (UTC +04:00)

Ötən ay itən gəmi tapıldı

0
Rusiyanın keçən ay Atlantik okeanda radarlardan itən 98 metr uzunluğundakı "Arctic Sea" ticarət gəmisi “Yaşıl Burun” adalar silsiləsi yaxınlığında tapılıb.

Lenta.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən yaydığı məlumata görə, gəminin 15 nəfərlik heyət üzvü sağdır.

Qeyd edək ki, gəmi keçən ay Kalinqrad bölgəsindən yola çıxmış, Finlandiya limanında yüklənərək Əl-Cəzairə yola düşmüşdü. Gəmiylə son dəfə Fransa sahillərində əlaqə qurmaq mümkün olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1041

Oxşar yazılar