Yarım əsrdə Məkkəyə 99 milyondan çox zəvvar gəlib
25 iyun 2023 05:03 (UTC +04:00)

Yarım əsrdə Məkkəyə 99 milyondan çox zəvvar gəlib

0

Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Qeyd olunub ki, 54 il ərzində 99 milyondan çox zəvvar Məkkəyə səfər edib. Bu ildə 2,4 milyon insan Həcc ziyarətinə gedir.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən məlumata görə, cari ildə əcnəbi zəvvarlar üçün Həcc ziyarəti xərcləri 39 faiz azaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2064

Oxşar yazılar