Türkiyədə xınayaxdı mərasimində silahlı insident olub.
Lent.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Hadisə Kırşehir vilayətinin Kökdağı mahalında baş verib.
Ov tüfəngindən açılan atəş gəlinə tuş gəlib və o yaralanıb.
Gəlin xəstəxanaya aparılıb, vəziyyət yaxşı qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.