“Vaqner” özəl hərbi şirkətinin ağır texnikaları Rusiya Silahlı Qüvvələrinə təhvil veriləcək.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Vaqner” özəl hərbi şirkəti tərəfindən ağır hərbi texnikanın Rusiya Silahlı Qüvvələrinin aktiv bölmələrinə ötürülməsinə hazırlıq prosesi başlayıb.