Ukrayna ordusu daha bir rayonu azad etdi
14 sentyabr 2023 18:06 (UTC +04:00)

Ukrayna ordusu daha bir rayonu azad etdi

0

Ukraynanın müdafiə qüvvələri Donetsk vilayətinin Andriivka rayonunu Rusiya qüvvələrindən azad edib və mövqelərdə möhkəmlənib.

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar "Telegram"da bildirib.

"Andriivka bizimdir. Biz mövqelərimizin təhlükəziliyini təmin edirik", - o deyib.

Malyarın sözlərinə görə, Baxmut istiqamətində əsas döyüşlər Andriivka, Kurdyumivka və Klişçiivka rayonlarında davam edir. "Şimal cinahında düşmən itirilmiş mövqelərini geri almağa çalışır. Cənub cinahında isə uğurla irəliləyirik", - nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3455

Oxşar yazılar