Tornado evləri dağıtdı,  4 ölü
17 iyun 2023 01:54 (UTC +04:00)

Tornado evləri dağıtdı, 4 ölü

0

ABŞ-nin Texas və Florida ştatlarında tornado olub.

Lent.az xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Texasın şimalındakı Perriton şəhəri ən çox zərər çəkib.

Burada 3 nəfər ölüb, daha biri itkin düşüb. 75-ə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə ev dağılıb.

Florida ştatının Escambia qraflığında növbəti tornado nəticəsində daha bir nəfər ölüb. ABŞ-nin cənub-şərqində 400 min ev elektriksiz qalıb.

Yaxın günlərdə Texas və Luiziana ştatlarında tornado təhlükəsi davam edəcək.

ABŞ-ın cənubunda bu həftə isti dalğası yaşanır, bəzi ərazilərdə temperaturun 40 dərəcə Selsi və daha yüksək olması tornadoların əmələ gəlməsinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2086

Oxşar yazılar