Təyyarələr toqquşdu, 2 pilot həlak oldu
18 sentyabr 2023 08:46 (UTC +04:00)

Təyyarələr toqquşdu, 2 pilot həlak oldu

0

ABŞ-nin Nevada ştatının Reno şəhərində iki yüngülmühərrikli təyyarənin eniş zamanı toqquşması nəticəsində iki pilot həlak olub.

Lent.az-ın xəbərinə görə, bu barədə Reno Hava Yarışları Assosiasiyası Feysbukda məlumat yayıb.
“Reno Hava Yarışları Assosiasiyası ürək ağrısı ilə bildirir ki, bu gün təxminən saat 14:15-də (18 sentyabr, Bakı vaxtı ilə 01:15) bizim yarışçı ailəmizin iki üzvü qəza nəticəsində həlak olub”, - deyə məlumatda bildirilir.

Hadisə hava yarışı zamanı baş verib. Assosiasiya qalan bütün yarışları ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2631

Oxşar yazılar