Somalinin cənubundakı ordu bazasında iki minalanmış avtomobilin partladılması nəticəsində azı 7 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə Somalinin "Radio Dalsan" radiostansiyası məlumat yayıb.
Partlayışlar Gedo bölgəsindəki Bardera şəhəri yaxınlığında yeni çağırışçılar üçün təlim düşərgəsində baş verib. Ölənlərlə yanaşı, yaralılar da var.