Bəstəkar və musiqi müəllimi, Rusiyanın əməkdar incəsənət xadimi Vyaçeslav Naqovitsın Sankt-Peterburqda vəfat edib.
Lent.az REN TV-ə istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.
Bu barədə Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının saytında məlumat yayılıb.
“Çox təəssüf hissi ilə bildiririk ki, Musiqi nəzəriyyəsi kafedrasının professoru Vyaçeslav Lavrentyeviç Naqovitsın 2023-cü il iyunun 20-də dünyasını dəyişib”, - deyə məlumatda bildirilir.
Vyaçeslav Naqovitsın Leninqrad Konservatoriyasını skripka sinfi üzrə bitirib.
1964-1966-cı illərdə o, Dmitri Şostakoviçin yanında aspiranturada oxumuş, daha sonra skripka konsertini ona həsr etmişdir.
Şostakoviçin tövsiyəsi ilə SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Daha əvvəl Leon Trotskinin nəvəsinin ölümü ilə bağlı xəbər yayılmışdı.