Ekvadorun qərbində yerləşən Manta şəhərinə hücum olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ekvador Prezidenti Guillermo Lasso tviter hesabında yazıb.
Hadisə nəticəsində mer həlak olub.
Prezident, təqsirkarların tapılması və məsuliyyətə cəlb edilməsi üçün polisə əmr verib.
Ekvadorun daxili işlər naziri Xuan Sapara dörd nəfərin, o cümlədən hücum edən iki nəfərin yaralandığını bildirib.
Hadisənin səbəbləri araşdırılır.