Şərləyərək pul qoparmaq istədiyi iş adamı polisin başına oyun açıb.
Lent.az-ın xəbərinə görə, Kolumbiyada polis zabiti 1 iş adamını şərləyərək 500 min peso alıb.
Lakin iş adamı məsələ ilə bağlı prokuroru xəbərdar etdiyindən vəziyyət dəyişib.
Müstəntiqlər pul verilərkən hadisə yerinə gəliblər.
İzi itirmək istəyən polis pulları yesə də, istəyinə nail olmayıb.
Boğazına ilişən pula görə boğulan polisə həkimlər yardım göstərib və onun mədəsindən pul çıxarılıb.