Kuril adalarının Oxot dənizi sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən bildirilib.
Zəlzələnin episentri Oxot dənizində, İturup adasının Reydovo kəndindən 256 kilometr şimalda olub.
Yeraltı təkanların mənbəyi isə Oxot dənizində olub.
Zəlzələ yerin 437 kilometr dərinliyində yerləşib.