Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib.
Lent.az-ın məlumatına görə, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.
Hadiəs nəticəsində 4 nəfər həlak olub., 40-dan çox insan yaralanıb.
“Kramatorska iki raket zərbəsi endirilib. Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”, - deyə Klimenko ətraflı məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altında insanlar ola bilər. Nazir əlavə edib ki, hadisə yerində xilasedicilər və polis işləyir.