Rusiyalı zabit Roman Venevitin “Vaqner” hərbi qruplaşmasının dəhşətlərindən danışıb.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vaqnerçilər Rusiya ordusunun əsgər və zabitləri ilə vəhşicəsinə davranırdılar.
Onun sözlərinə görə, əsgərlərdən birini o qədər döymüşdülər ki, o sonradan intihar etmişdi.
Zabitin bildirdiyinə görə, vaqnerçilər onlara məxsus 2 tankı, 4 topu, 1 kamazı və bir neçə hərbi maşını sadəcə oğurlayıb aparıblar.
“Onlar rus əsgərlərini oğurlayıb aparıb qul kimi işlədiblər”, - o bildirib.