Qızıl daşıyan konvoya hücum: 4 ÖLÜ
03 sentyabr 2023 21:55 (UTC +04:00)

Qızıl daşıyan konvoya hücum: 4 ÖLÜ

0

Konqo Demokratik Respublikasının (KDR) şərqində bir qrup naməlum şəxsin Cənubi Kivu əyalətindəki mədəndə hazırlanmış qızılı daşıyan avtomobil karvanına hücumu nəticəsində iki çinli mütəxəssis də daxil olmaqla dörd nəfər həlak olub. 
Lent.az xəbər verir ki, bu barədə Konqonun Actualite xəbər portalı məlumat yayıb.

Hücum Nqulula kəndi yaxınlığında həyata keçirilib. Ölənlərlə yanaşı, daha 3 nəfər güllə yarası alıb. Onların arasında çinli mütəxəssis də var.

Hücum edənlər qızıl yükünü ələ keçirərək qaça biliblər. Onların axtarışı aparılır
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3272

Oxşar yazılar