“Qız Qalasının” bərpadan sonra açılışı oldu - FOTO
11 may 2023 23:28 (UTC +04:00)

“Qız Qalasının” bərpadan sonra açılışı oldu - FOTO

0

 İstanbulda tarixi “Qız Qalasının” (Kız Kulesi) bərpa işlərindən sonra açılışı olub.

Lent.az xəbər verir ki, açılış çərçivəsində şəhər sakinləri və turistlərə qalanın üzərində proyeksiya olunmuş işıq və lazer-şou təqdim olunub.

Minlərcə insan nümyaşi izləmək üçün İstanbulun Üsküdar rayonundakı Salacak sahilinə üz tutub.

Qeyd edək ki, açılışla əlaqıdar mayın sonunadək “Qız Qalası”nı ziyarət etmək ödənişsizdir.

2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bərpa işləri ilə qalanın interyeri, eksteryeri, estakadası və ətrafı abadlaşdırılıb.

Tural Əsədi

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2092

Oxşar yazılar