Putini  öldürəcəyinə   söz verdi
07 iyun 2023 00:15 (UTC +04:00)

Putini öldürəcəyinə söz verdi

0

Aleksandr Usık Vladimir Putinlə mümkün görüşündən danışıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ukraynalı boksçunun fikrincə, ehtimal olunan görüş Rusiya prezidenti üçün yaxşı heç nə ilə bitməzdi.

Ağır çəkidə WBA, WBO və IBF çempionu Rusiyanın dövlət başçısına fiziki təzyiq göstərəcəyini vəd edib.

"Silahım olsaydı, onu öldürərdim. Silahım olmasaydı, onu boğardım. Başqa çıxış yolu yoxdur. Sadəcə onunla görüşmək istəmirəm, çünki məndə bu insana qarşı hər hansı hiss yoxdur. Qətiyyən yoxdur. Bu, sadəcə bir növ qara ləkədir", - Usik vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2929

Oxşar yazılar