Putin "Vaqner"in qiyamı ilə bağlı əmr verdi
24 iyun 2023 11:19 (UTC +04:00)

Putin "Vaqner"in qiyamı ilə bağlı əmr verdi

1

Rusiyada üsyan təşkil etməyə çalışırlar.

Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Putin bildirib ki, onlar üsyanla Rusiyanı məğlubiyyətə və təslim olmağa sövq etməyə çalışırlar: "Rusiya özünü daxili xəyanətdən qoruyacaq".

Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə, eyni zamanda, xalqa vurulan zərbə və satqınlıq adlandırıb: "Hərbi üsyanı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən Rusiyanın Prezidenti, Ali Baş Komandan və Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq".

O, hərbi qiyamla bağlı Silahlı Qüvvələrə müvafiq əmr verildiyini bəyan edib. /APA/

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 6998

Oxşar yazılar