"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya ərazisində təşkil edilən hərbi üsyandan sonra Belarusa qaçıb. Ancaq orada, "razılaşmalara" baxmayaraq, məhv edilə bilər.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu fikri CNN telekanalının Moskva bürosunun keçmiş rəhbəri Cill Doqeri bölüşüb.
Onun sözlərinə görə, Rusiya rəhbəri Vladimir Putin satqınları bağışlamır, ona görə də “Vaqnerçillər”in başçısının öldürülməsi ehtimalı var, lakin Moskvanın dilemması ondan ibarətdir ki, Yevgeni Priqojin hələ də müəyyən dəstək alır. Bununla belə, dünənki hadisələr göstərdi ki, o, harada olursa-olsun, Kreml rəhbərliyi üçün təhlükə yaradır.
Xəbər verildiyi kimi, Yevgeni Priqojin muzdlularla birlikdə Rusiyanın iki böyük şəhərini - Rostov və Voronej üzərində nəzarəti ələ keçirərək, "qanunsuzluqla mübarizə və ədaləti bərqərar etmək" üçün Moskvaya tərəf irəlilədiklərini bəyan edib. Lakin Rusiyanın paytaxtının girişində “Vaqner”in rəhbəri bildirib ki, o, özünü Belarus prezidenti Aleksandr Lukaşenko ilə bağlanmış müqavilələrə görə döyüşçülərinin kolonnalarını geri çəkir.