Pentaqonun peykləri orbitdə
02 sentyabr 2023 21:28 (UTC +04:00)

Pentaqonun peykləri orbitdə

0

Amerikanın "SpaceX" şirkəti kosmosa Pentaqonun 13 hərbi peykini göndərib.

Lent.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Peyklər "Falcon 9" daşıyıcı raketləri ilə orbitə çıxarılıb.

Bildirilir ki, avadanlıq raket buraxılışlarını izləmək və bütün dünyada hərbi rabitəni təmin etmək üçün nəzərdə tutulub.

Agentliyin məlumatına görə, peyklərin orbitə göndərilməsi iki dəfə təxirə salınıb.

Bu "SpaceX"in 61-ci buraxılışı olub ki, bu da yeni rekord olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2331

Oxşar yazılar