Slovakiyada “Prinsip” partiyasının lideri Atila Genya yol qəzasında həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, yük maşını hərəkətdə olarkən aşıb.
Nəticədə 44 yaşlı partiya sədri aldığı xəsarətlərdən yerindəcə keçinib.
Genyanın rəhbərlik etdiyi partiya sosial şəbəkələrdə liderinin ölümünü təsdiqləsə də, heç bir təfərrüat verməyib.
Qeyd edək ki, sentyabrın 30-da Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək. “Prinsip” partiyası seçkilərə 70 namizəd irəli sürüb.