Onaltımərtəbəli binada PARTLAYIŞ:   Ölən və yaralananlar var
22 iyun 2023 07:55 (UTC +04:00)

Onaltımərtəbəli binada PARTLAYIŞ: Ölən və yaralananlar var

0

Kiyevdə 16 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb, biri ölüb.

Lent.az-ın xəbərinə görə, bu barədə şəhər meri Vitali Kliçko özünün "Telegram" kanalında məlumat verib.

“Paytaxtın Dneprovski rayonunda baş verən partlayış nəticəsində 16 mərtəbəli bina yanır. Hazırda iki nəfər xəstəxanadadır”, - deyə o yazıb.

Kliçko bildirib ki, evdə dağıntılar var, xilasedicilər artıq 18 nəfəri təxliyə ediblər.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti hadisənin qaz sızmasından baş verdiyini bildirib.

Hadisə nəticəsində 4 mənzil dağılıb, daha 16 mənzilə ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3442

Oxşar yazılar