Müəllimlər kütləvi şəkildə  işdən çıxdı, şagirdlər cizgi filminə baxır
15 sentyabr 2023 16:18 (UTC +04:00)

Müəllimlər kütləvi şəkildə işdən çıxdı, şagirdlər cizgi filminə baxır

1

Yekaterinburqda 22 saylı məktəbdə 20-ə yaxın müəllim işdən çıxıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu da valideynlərin hiddətinə səbəb olub. Onlar kütləvi ixtisarların səbəblərini anlamaq üçün məktəbin qarşısına gəliblər.

Qeyd olunur ki, valideynlər direktor və şəhər prokuroru ilə görüşmək istəyirlər.

Bildirilir ki, dərs ilinin əvvəlində fənn müəllimləri olmadığından uşaqlara rus dili, ədəbiyyatı, biologiya və coğrafiya fənlərindən dərs keçirilmir. Əvəzində məktəbliləri fizika oxumağa və bədən tərbiyəsi ilə məşğul olmağa göndərirlər. Bəzi dərslərdə uşaqlar hətta “cizgi filmlərinə baxırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 29629

Oxşar yazılar