Yunanıstanın Qərbi Frakiya vilayətində məscidə girən turist Quran kitablarını cıraraq yerə atıb və minbərin pərdəsini qoparıb.
Lent.az xəbər verir ki, məsciddə olanlar aqressiv turisti saxlayaraq polisə təhvil veriblər. Frakiya müftiliyi ondan polisə şikayət edib.
Araşdırma zamanı aqressiv turistin Fransa vətəndaşı olduğu müəyyən edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.