Məktəb yaxınlığında satılan toyuq dönərindən 18 nəfər zəhərləndi
19 sentyabr 2023 07:45 (UTC +04:00)

Məktəb yaxınlığında satılan toyuq dönərindən 18 nəfər zəhərləndi

0

Türkiyədə tyuq dönərindən kütləvizəhərlənmə olub.

Lent.az NTV-ə istinadən xəbər verir ki, hadisə Bartın vilayətindəki orta məktəb binasının yanındakı restorandan birində baş verib.

Naharda toyuq dönəri yeyən 10-u tələbə olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan 7 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.

Zəhərlənənlər arasında olan hamilə qadının xəstəxanada müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4234

Oxşar yazılar