Kolumbiyada mədəndə baş verən partlayışda ölənlərin sayı 7-ə çatıb.
Lent.az xəbər verir ki, bu barədə EFE bölgənin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, xilasedicilər bölgədəki kömür mədənində baş vermiş partlayışdan sonra itkin düşmüş 4 şaxtaçının meyitini tapıblar.
Daha öncə 3 nəfərin öldüyü və 4 nəfərin itkin düşdüyü barədə məlumat verilmişdi.