Kinoteatrda oturacaqlar üstündə mübahisə ölümlə nəticələnib.
Lent.az xarici mediaya istinadla bildirir ki, insident bazar günü axşam Nyu-Meksiko ştatının Albukerke şəhərindəki kinoteatrların birində filmin nümayişindən əvvəl baş verib. 52 yaşlı Maykl Tenorio ilə 19 yaşlı Enrike Padilla arasında atışma baş verib.
Kişi və arvadı iki oturacaqla ayrılmış yerlər üçün bilet alıblar. Eyni zamanda kassir onları heç bir problem olmayacağı və yan-yana otura biləcəkləri barədə əmin edib.
Ortada isə Padilla və qız dostlarının oturacaqları olub.
Teatrın kollektivi mübahisəni həll etməyə çalışsa da, gənc oğlanın Tenorionun xanımına bir vedrə popkorn atması vəziyyəti daha da gərginləşdirib. Kişi Padillanı itələyib, bundan sonra gənc silahını çıxararaq atəş açıb. Zərərçəkmiş yerindəcə keçinib.