Kərkükdə kütləvi iğtişaşlar: Ölən və yaralananlar var - YENİLƏNİB
03 sentyabr 2023 05:08 (UTC +04:00)

Kərkükdə kütləvi iğtişaşlar: Ölən və yaralananlar var - YENİLƏNİB

0

İraqın Kərkükü vilayətində iğtişaşlar zamanı ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, Şəfəq xəbər agentliyi məlumat yayıb.

Təhlükəsizlik qüvvələri ilə toquşmada kürd icmasından üç nəfər ölüb, 16-sı yaralanıb.

***

Saat 01:26

İraqda kütləvi iğtişaşlar baş qaldırıb.

Lent.az xəbər verir ki, bu barədə Şəfəq Xəbər Agentliyi məlumat yayıb.

İraqın şimalındakı Kərkük əyalətində keçirilən etiraz aksiyaları zamanı bir nəfər ölüb, 11 nəfər yaralanıb,.

Ölkə hakimiyyəti bölgədə komendant saatı tətbiq edib.

İğtişaşların hökm sürdüyü bölgələrdə təhlükəsizliyin təmin edilməsi üçün genişmiqyaslı əməliyyat da başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3641

Oxşar yazılar