İtkin düşmüş ukraynalıların  sayı açıqlandı
06 may 2023 05:27 (UTC +04:00)

İtkin düşmüş ukraynalıların sayı açıqlandı

0

Yeddi mindən çox ukraynalı itkin düşmüş hesab olunur.

Lent.az "Suspіlne"ə istinadən xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

Onların 15%-i mülki şəxslər, qalanları hərbçilərdir.

Komissar bildirib ki, genişmiqyaslı işğal başlayandan indiyədək itkin düşmüş şəxslə bağlı 15 mindən çox cinayət işi açılıb, 8 min nəfər artıq tapılıb.

"Bizə qohumları əsirlikdə olan insanlar müraciət edirlər. İnsan əsirlikdən çıxanda işi bağlayırıq. Təxminən 1500 ölmüş kişi cəsədi Cenevrə, BQXK və Rusiya vasitəsilə aidiyyati üzrə verilib", - deyə Kotenko bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1714

Oxşar yazılar