İranın Sistan və Bəlucistan əyalətlərində qum fırtınası olub.
Lent.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
İndiyədək 330 nəfər tibb məntəqələrinə müraciət edib.
Onlardan 57-si xəstəxanaya yerləşdirilib.
Bəzi kütləvi informasiya vasitələrində suyun və işığın da kəsildiyi, insanların ciddi problemlərlə üzləşdiyi barədə məlumatlar yayılıb.