İranda 2023-cü ildə 209 nəfəri edam edilib.
Lent.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani brifinq zamanı bildirib.
Şamdasani Cenevrədə jurnalistlərə verdiyi brifinqdə deyib: “BMT-nin insan haqları üzrə komissarı Folker Turk bu il İranda edamların sayının hədsiz dərəcədə çox olması ilə bağlı narahatlığını ifadə edib.
O qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib. Onların əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub”.