Gecə klubunun yaxınlığında  ATIŞMA:   8 ölü
26 iyun 2023 02:28 (UTC +04:00)

Gecə klubunun yaxınlığında ATIŞMA: 8 ölü

0

Ekvadorun Santo Dominqo de los Tsaçilas əyalətində atışma olub.

Bu barədə Lent.az "Ecuavisa" nəşrinə istinadən xəbər verir.

Baş verən atışma nəticəsində 8 nəfər ölüb.

Polisin bildirdiyinə görə, daha 5 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları hadisənin cinayətkar dəstələrin toqquşması ilə bağlı olduğunu ehtimal edir.

Yerli KİV-in məlumatına görə, atışma gecə klubunun yaxınlığında başlayıb və ölənlərdən biri yerli cinayətkar təşkilatın liderinin qardaşı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1962

Oxşar yazılar