Rusiyanın Ufa şəhərində evdə yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fərdi evdə baş verən yanğın nəticəsində 3 nəfər ölüb.
İlkin məlumata görə, ölənlərin hamısı qadındır.
Təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir, yanğının səbəbi müəyyən edilir.