Almaniyanın Aşağı saksoniya əyalətində ekskavator qəzası uşaq ölümünə səbəb olub.
Lent.az xəbər verir ki, valideynlərin də iştirakı ilə təşkil olunan ekskursiyada uşaqlar ekskavatorun iş prinsipi ilə tanış olmalı idilər. Lakin bir neçə nəfərin icazəsiz mindiyi ekskavator hərəkətə gələrək uşaqlara xəsarət yetirib. Hadisə zamanı 2 uşaq ölüb, 10 nəfər xəsarət alıb.